“Legion Financial” ASC-nin səhmlərinin yerləşdirilməsi baş tutacaqdır.
15 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı 12.02.2025-ci il tarixində başlayaraq, 10 gün davam edəcək və fevralın 22-i yekunlaşacaq.
Qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 26.02.2025-ci il tarixində keçiriləcəkdir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464 Səhmlərin növü və forması: Adi, adlı, sənədsiz səhm Səhmlərin sayı: 6,050 (ədəd) İlkin ticarət qiyməti: 100 manat Buraxılış həcmi: 605,000 manat Ticarətə buraxılma tarixi: 26.02.2025 Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı Anderrayter: “Unicapital İ.Ş”ASC.