Legion Financial sürətli böyümə trayektoriyasını qoruyur və ABŞ investisiyalarını genişləndirir.
Maliyyə nəticələri
2025-ci il ərzində 1,685 milyon manat xalis mənfəət əldə etmişik. Bu göstərici 2024-cü ildəki 1,340 milyon manatla müqayisədə təxminən 26% artım deməkdir. Eyni dövrdə gəlirlər 2,566 milyon manatdan 4,327 milyon manata yüksələrək təxminən 70% artıb və bu da öz növbəsində, biznesimizin güclü böyüməsini əks etdirir.
2025-ci il 31 dekabr tarixinə olan hesabata əsasən, Azərbaycandakı maliyyə lizinqi və investisiya portfelimiz 16,583 milyon manata çatıb ki, bu da 2024-cü illə müqayisədə təxminən 63% artım deməkdir. Şirkətimizin ümumi aktivləri 2025-ci ilin sonuna 22,439 milyon manata yüksələrək əvvəlki illə müqayisədə 62% artıb. Bu göstərici Legion Financial-ın daxili bazarda fəal genişlənmə strategiyasını əks etdirir. Bundan əlavə, Bakı Fond Birjasında həyata keçirdiyimiz və planlaşdırdığımız istiqraz buraxılışları da daxil olmaqla yerli kapital bazarı vasitəsilə maliyyələşdirmə bazamızı şaxələndirməyə davam edirik.
Korporativ profil və struktur
“Legion Financial” kimi 2020-ci ildə fəaliyyətə başlayıb və uzunmüddətli böyümə və idarəetmə strategiyasının bir hissəsi olaraq açıq səhmdar cəmiyyətinə çevrilmişik. Nizamnamə kapitalımız əvvəlki illə müqayisədə 11% artaraq 3,910 milyon manat təşkil edir ki, bu da genişlənən lizinq portfeli və investisiya fəaliyyətləri üçün güclü kapital bazası yaradır. Şirkətimiz əsasən avtolizinq sahəsində ixtisaslaşmış, həm fərdi, həm də korporativ müştərilərə uyğunlaşdırılmış lizinq həlləri və çevik şərtlər təqdim edirik.
Həmçinin təşkilati və hüquqi strukturumuz kapital bazarları tələblərinə və korporativ idarəetmədə ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırmaq istiqamətində addımlar atmışıq. Bu transformasiya bizə yeni maliyyələşmə mənbələrinə çıxış imkanı yaradaraq, investorlar, tərəfdaşlarımız üçün daha etibarlı və cəlbedici partnyor kimi mövqe tutmağa imkan verib. Ölkə iqtisadiyyatına investisiyaların artması fonunda genişlənən daşınmaz əmlak və tikinti ilə bağlı seqmentlərdə imkanları da aktiv şəkildə izləyirik.
ABŞ-da genişlənmə və investisiyalar
Azərbaycan daxilindəki əsas lizinq fəaliyyətindən əlavə olaraq, ABŞ-da 100% bizə məxsus törəmə şirkəti vasitəsilə investisiya fəaliyyətini davam etdiririk. Bu platforma vasitəsilə hazırda Nyu-York və Florida ştatlarında yerləşən layihələrə fokuslanmaqla daşınmaz əmlak inkişafı sahəsində imkanları aktiv şəkildə dəyərləndiririk. Bu investisiyalar beynəlxalq aktiv bazamızı şaxələndirmək niyyətini daşıyıraq səhmdarlarımız üçün orta və uzunmüddətli dövrdə sabit valyuta gəliri təmin edəcəkdir.
ABŞ daşınmaz əmlak bazarında iştirak etməklə, əsasən böyük şəhər və yüksək artım potensialına malik bölgələrdə güclü tələbdən yararlanmağı, eyni zamanda strukturlaşdırılmış layihə maliyyələşdirməsi sahəsində öz təcrübəmizi artırmağı hədəfləyirik. Risk iştahasına uyğun gələn və Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın güclənməsindən fayda götürə biləcək layihələri qiymətləndirir və həyata keçiririk. ABŞ portfelinə daxili lizinq və investisiya fəaliyyətini tamamlayan sütun kimi baxır və bu da bizim ümumi böyüməmizi və dayanıqlığımızı dəstəkləyir.
Azərbaycan–ABŞ iqtisadi əlaqələrinin gücləndirilməsi
Son zamanda Azərbaycan və ABŞ arasında enerji, infrastruktur, tikinti və ümumi kapital investisiyaları kimi sektorlarda iqtisadi və investisiya əməkdaşlığının əhəmiyyətli dərəcədə dərinləşməsi müşahidə olunur. ABŞ “tikinti vasitəsilə sülh” təşəbbüslərini və Cənubi Qafqaz regionunu əhatə edən iri həcmli transsərhəd layihə paketlərini təşviq etməklə marağını nümayiş etdirib. Bu tendensiyalar iki ölkə arasında ortaq investisiya layihələri və özəl sektor tərəfdaşlıqları üçün daha əlverişli mühit yaradıb.
Bu kontekstdə, Azərbaycan və ABŞ hökumətləri enerji, infrastruktur, kapital bazarları və strateji sahələrdə əməkdaşlığı genişləndirməkdə davam edir. İki ölkə liderliyi arasında yüksək səviyyəli təmaslar, genişmiqyaslı investisiya və tikinti layihələrinin ikitərəfli münasibətlərin yeni, daha çox investisiyaya yönəlik mərhələsinin dayaqları kimi rolunu vurğulayıb. Bu şəraitdə "Legion Financial" olaraq öz transsərhəd fəaliyyətini və ikili bazar investisiya strategiyasını hər iki ölkə arasında yaranan imkanlar və siyasət trendləri ilə uyğun hesab edirik.
Gələcəyə baxış
2026-cı ildə balansımızı əhəmiyyətli dərəcədə gücləndirməyi planlaşdırır, aktivlərin ümumi dəyərinin 36 milyon manata çatdırılması, lizinq və investisiya portfelinin isə 26 milyon manata qədər artırılması hədəfləyirik. Bu planlaşdırılan artım Azərbaycanın lizinq bazarında mövqeyimizi daha da dərinləşdirmək, maliyyələşdirilən aktivlərin çeşidini və həcmini genişləndirmək, həmçinin həm yerli, həm də beynəlxalq investisiya imkanlarına aktiv kapital ayırmaq niyyətimizi əks etdirir.
Hesab edirik ki, tənzimlənən risk idarəçiliyi, müxtəlif maliyyələşmə mənbələri və transsərhəd layihələrlə daha sıx inteqrasiya 2026-cı il üzrə məqsədlərimizə nail olmağa və səhmdarlar üçün əlavə dəyər yaradılmasına töhfə verəcək.