Xəbərlər

Səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

16 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
“Legion Financial” ASC-nin abunə yazılışı 8 avqust 2025-ci il tarixində başlayaraq, 10 iş günü davam edərək, avqustun 21-i yekunlaşmışdır.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 27 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.
Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetntinə alınır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464
Səhmlərin növü və forması: Adi, adlı, sənədsiz səhm
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 5,500 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 550,000 manat
Hərrac qiyməti: 100 manat
Reallaşdırılmış həcm: 260,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 260,000 manat
İnvestor sayı: 2
Sifariş sayı: 2
Anderrayter: “Unicapital İ.Ş” ASC
Ticarətə buraxılma tarixi: 27.08.2025
2025-08-28 11:00